Xəzər Xəbər

Viktor Orban Trampla görüşdü​​

Dünya | 09:33 • 13 İyul 2024
Viktor Orban Trampla görüşdü​​

Macarıstanın Baş naziri Viktor Orban NATO sammitindən sonra Donald Trampla onun Floridadakı iqamətgahında görüşüb.

Xezerxeber.az xəbər verir ki, Macarıstanın Baş naziri bu barədə "X" sosial şəbəkəsindəki mikrobloqunda yazıb.

“Sülh missiyası 5.0. Sülhə nail olmağın yollarını müzakirə etdik. Günün yaxşı xəbəri: o bu problemi həll etməyə hazırlaşır!”, - o qeyd edib.

“Təşəkkür edirəm, Viktor. Sülh mümkün qədər tez gəlməlidir. Başlamaması lazım olan müharibədə çoxlu sayda insan öldü!”, - Tramp özünün “Truth Social” sosial şəbəkəsində qeyd edib.

Xəbər lenti