Xəzər Xəbər

Pezeşkian: İran Rusiya və Çinlə dostluğa dəyər verir

Dünya | 09:15 • 13 İyul 2024
Pezeşkian: İran Rusiya və Çinlə dostluğa dəyər verir

Rəsmi Tehran Rusiya və Çinlə dostluğa böyük dəyər verir.

Xezerxeber.az xəbər verir ki, bu barədə İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın “Tehran Tayms” qəzetində dərc edilən dünya ictimaiyyətinə müraciətində deyilir.

Onun sözlərinə görə, Rusiya İranın dəyərli strateji müttəfiqi və onun administrasiyası iki ölkə arasında əməkdaşlığı genişləndirməyə və gücləndirməyə davam edəcək.

“Çin və Rusiya çətin zamanlarımızda həmişə bizə dəstək olublar. Biz bu dostluğu çox yüksək qiymətləndiririk”, - dövlət başçısı vurğulayıb.

Xəbər lenti