Yunanıstan Ukraynaya ABŞ istehsalı “Patriot” və Rusiya istehsalı "S-300" zenit-raket kompleksləri göndərmək niyyətində deyil.
Xezerxeber.az xəbər verir ki, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis bu barədə NATO-nun Vaşinqton sammitindən sonra təşkil olunan mətbuat konfransında deyib.
O, həmçinin Yunanıstanın Kiyevə "F-16" qırıcıları göndərməyi planlaşdırmadığını da təsdiqləyib. Kiriakos Mitsotakis Afinanın Kiyevə dəstək üçün Ukraynaya digər silahlar verdiyini bildirib.