Xəzər Xəbər

Pezeşkianın andiçmə mərasimi iyulun 30-da olacaq

Dünya | 14:53 • 10 İyul 2024
Pezeşkianın andiçmə mərasimi iyulun 30-da olacaq

İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi iyulun 30-da olacaq.

Xezerxeber.az İRNA agentliyinə istinadla xəbər verir ki, bunu İran parlamentinin üzvü Moctaba Yusifi açıqlayıb.

Onun sözlərinə görə, yeni Prezident inaqurasiya mərasimindən sonra iki həftə ərzində proqramını və hökumətin tərkibini təqdim etməlidir. Parlament üzvü İRNA-ya bildirib ki, mərasimdə yüksək səviyyəli İran rəsmiləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən bəzi xarici qonaqlar da iştirak edəcəklər.

Qeyd edək ki, müasir İran tarixində doqquzuncu seçilmiş prezident olan Pezeşkian 16,384 milyon səslə seçkilərin qalibi olub. 69 yaşlı Pezeşkian kardiocərrahdır və indiyədək ölkə parlamentində deputat olub. O, 2016-2020-ci illərdə parlament sədrinin birinci müavini, 2001-2005-ci illərdə isə İranın keçmiş prezidenti Məhəmməd Hatəminin hökumətində səhiyyə naziri olub.

Xəbər lenti