Xəzər Xəbər

Hindistanda avtobus qəzası nəticəsində 18 nəfər həlak olub

Dünya | 10:43 • 10 İyul 2024
Hindistanda avtobus qəzası nəticəsində 18 nəfər həlak olub

Hindistanın Uttar-Pradeş ştatında baş vermiş avtobus qəzası nəticəsində 18 nəfər həlak olub.

“Times of India” saytı yazır ki, Dehliyə gedən avtobus Unnao rayonunda süd gətirən maşına çırpılıb. Məlumata görə, avtobusda 50 nəfər olub.

Xəsarət alan 19 nəfər xəstəxanalara yerləşdirilib. Polis hadisəyə avtobus sürücüsünün sürət həddini aşmasının səbəb olduğunu bildirib.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Xəbər lenti

Çox oxunanlar