Xəzər Xəbər

İnterpolun axtardığı Belçika vətəndaşı Türkiyədə saxlanılıb

Dünya | 18:54 • 9 İyul 2024
İnterpolun axtardığı Belçika vətəndaşı Türkiyədə saxlanılıb

İnterpol tərəfindən qırmızı bülletenlə axtarışa verilən Belçika vətəndaşı Türkiyənin Yozqat şəhərində yaxalanıb.

Xezerxeber.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsi açıqlama yayıb.

Bildirilib ki, narkotik və digər qeyri-qanuni cinayət fəaliyyətləri ilə bağlı axtarışda olan H.Ç. Yozqat-Çorum avtomobil yolunda saxlanılıb.

Həyata keçirilən əməliyyatlardan sonra o, deportasiya edilmək üçün miqrasiya idarəsinə təhvil verilib.

Xəbər lenti

Çox oxunanlar