Ermənistanda 9 hərbi komissar rüşvət almaqda ittiham olunur. Onlardan dördü həbs edilib.
Xezerxeber.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Antikorrupsiya Komitəsi məlumat yayıb.
Məlumatda bildirilib ki, söhbət hərbi xidmətdən azad olma və ya möhlət almaq üçün 50 min dollar məbləğində rüşvət gedir.
İstintaq yekunlaşıb, materiallar məhkəməyə göndərilib.