Xəzər Xəbər

Viktor Orban Ukrayna münaqişəsinin həllində Çini əsas ölkə hesab edir

Dünya | 11:30 • 8 İyul 2024
Viktor Orban Ukrayna münaqişəsinin həllində Çini əsas ölkə hesab edir

Çin Ukrayna münaqişəsinin nizamlanması üçün əsas ölkədir.

Xezerxeber.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban Pekində səfərdə olarkən sosial şəbəkədə yazıb.

“Çin sülh üçün şərait yaratmaqda əsas gücdür (...) Buna görə də mən Budapeştə rəsmi səfərindən cəmi iki ay sonra Pekində sədr Si Cinpinlə görüşməyə gəldim”, – deyə Orban bildirib.

İyulun 8-də ÇXR Sədri Si Cinpin Pekində Viktor Orbanla görüşüb. Görüşün təfərrüatları barədə məlumat verilmir.

Xatırladaq ki, Macarıstanın Baş naziri bundan əvvəl Kiyevə və Moskvaya səfər edərək Volodimir Zelenski və Vladimir Putinlə danışıqlar aparmışdı.

Xəbər lenti

İlin son Günəş tutulması
20:10 • 2 Oktyabr 2024
Bakıda məktəbdə HƏYƏCAN
18:12 • 2 Oktyabr 2024