Xəzər Xəbər

"Tu-22M3" bombardmançı təyyarəsini Ukraynaya qaçırmaq cəhdinin qarşısını alınıb

Dünya | 10:50 • 8 İyul 2024
"Tu-22M3" bombardmançı təyyarəsini Ukraynaya qaçırmaq cəhdinin qarşısını alınıb

Rusiya Federal Təhlükəsizlik Xidməti Tu-22M3 strateji bombardmançı təyyarəsini Ukraynaya qaçırmaq cəhdinin qarşısını alıb.

Bu barədə FTX-nın İctimayyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Ukrayna kəşfiyyatı Tu-22M3 pilotunu "verbovka" etməyə cəhd edib, əvəzində pilota İtaliya vətəndaşlığını vəd edilib. 

Qeyd olunub ki, Rusiya hava kosmik Qüvvələrinə məxsus Tu-22M3 bombardmançı təyyarəsinin qaçırılması cəhdinin hazırlanmasında və həyata keçirilməsində NATO ölkələrinin məxfi xidmətlərinin iştirakı üzə çıxıb.

"Əks-kəşfiyyat xidmətinin əməkdaşları Tu-22M3 təyyarəsinin qaçırılması əməliyyatının qarşısını alarkən, Rusiya Silahlı Qüvvələrinə Ukraynanın" Ozernoye" aerodromunu vurmağa yardım edən məlumat əldə ediblər" deyə Rusiya FTX-nın məlumatında bildirilib. (APA)

Xəbər lenti

İlin son Günəş tutulması
20:10 • 2 Oktyabr 2024
Bakıda məktəbdə HƏYƏCAN
18:12 • 2 Oktyabr 2024