Xəzər Xəbər

Böyük Britaniya və Niderlandın müdafiə nazirləri Odessada olublar

Dünya | 09:12 • 8 İyul 2024
Böyük Britaniya və Niderlandın müdafiə nazirləri Odessada olublar

İyulun 7-də Niderlandın müdafiə naziri Kaspar Veldkamp və xarici işlər naziri Ruben Brekelmans, həmçinin Böyük Britaniyanın yeni müdafiə naziri Con Hili Odessaya səfər edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

Prezident döyüş meydanındakı vəziyyətlə bağlı nazirlərə məlumat verib. Görüş iştirakçıları Ukraynanın Hərbi Dəniz Qüvvələrinin komandanı Aleksey Neyjpapın məruzəsini dinləyiblər.

"Biz gələcəkdə Böyük Britaniya, Niderlandla birlikdə Ukrayna donanmasını gücləndirəcəyik - əməkdaşlığımızın yaxşı yeni detalları var" - deyə, Zelenski vurğulayıb.

Prezident, həmçinin bildirib ki, o, nazirlərlə Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyi də müzakirə edib.

“Bu, bizim mütləq prioritetimizdir və mən növbəti addımları atmağa, xüsusən də F-16 ilə bağlı hazırlığa görə minnətdaram” - deyə, dövlət başçısı bildirib.

 

Xəbər lenti

Çox oxunanlar