Xəzər Xəbər

Burkina-Faso fransız dilindəki himndən imtina edib

Dünya | 08:51 • 8 İyul 2024
Burkina-Faso fransız dilindəki himndən imtina edib

Burkina-Fasoda Fransadan uzaqlaşmaq üçün daha bir addım atılıb.

AZƏRTAC Burkina-Fasonun rəsmi KİV-ə istinadla xəbər verir ki, ölkənin fransız dilində olan himni (Ditanyè) 14 yerli dilə tərcümə edilib. Qərarı Nazirlər Şurası qəbul edib.

Bundan sonra himn yalnız yerli dillərdə səsləndiriləcək.

Qeyd edək ki, Burkina-Fasoda 80-dən çox Afrika dilində danışılsa da, 1974-cü il Konstitusiyada 4 əsas dil təsbit edilib. 2023-cü ilin dekabrında konstitusiyaya edilən dəyişikliklə fransız dilinin statusu rəsmi dildən işçi dil səviyyəsinə endirilib.

Xəbər lenti

Çox oxunanlar