Xəzər Xəbər

Ermənistan ABŞ ilə birlikdə yeni AES tikməyi planlaşdırır

Dünya | 22:25 • 4 İyul 2024
Ermənistan ABŞ ilə birlikdə yeni AES tikməyi planlaşdırır

Ermənistan Amerika Birləşmiş Ştatları ilə birlikdə yeni Atom Elektrik Stansiyası (AES) tikməyi planlaşdırır.

Xezerxeber.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan “Ermənistan - Qərb Tərəfdaşlığı - Avropa İttifaqı, çağırışlar və imkanlar” adlı panel müzakirəsində çıxışı zamanı deyib. Onun sözlərinə görə, danışıqlar vacib mərhələyə keçib.

“Yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlarda biz çox mühüm mərhələyə qədəm qoyduq. İndi biz ABŞ ilə kosmosun hüquqi tənzimlənməsi məsələsini müzakirə edirik, onsuz biz irəli gedə bilməyəcəyik. Hələlik topun ABŞ-nin meydanında olduğunu deyə bilərəm. Biz ABŞ-nin daxili proseslərinin başa çatmasını gözləyirik və bundan sonra işə başlayacağıq”, - deyə Qriqoryan bildirib.

Xəbər lenti

Çox oxunanlar