Xəzər Xəbər

Məşhur avtomobil şirkəti 145,8 milyon dollar cərimələnib

Dünya | 15:39 • 4 İyul 2024
Məşhur avtomobil şirkəti 145,8 milyon dollar cərimələnib

ABŞ-nin avtomobil istehsalçısı “General Motors” 145,8 milyon dollar cərimə ödəməlidir.

Xezerxeber.az xəbər verir ki, cərimə avtomobil konserninin atmosferə atılan emissiya qazları ilə bağlı hakimiyyət orqanlarına yanlış məlumat verməsi səbəbindən təyin edilib. Məlum olub ki, “General Motors” avtomobillərinin havaya atdığı karbon qazının miqdarı sənəddə göstəriləndən 10 faiz çoxdur.

Qeyd edək ki, “General Motors” ABŞ-də populyar olan “Chevrolet”, “Buick”, “Cadillac” və GMC avtomobillərini istehsal edir. O, satış həcminə görə dünyada beşinci ən böyük avtomobil istehsalçısıdır.

Xəbər lenti

Çox oxunanlar