Xəzər Xəbər

Fransa Ukrayna müharibəsinin yeni mərhələyə keçməsinə rəvac verir

Dünya | 11:26 • 29 May 2024
Fransa Ukrayna müharibəsinin yeni mərhələyə keçməsinə rəvac verir

Fransalı hərbi təlimatçılarının Ukraynaya göndərilməsinin müzakirəsi total münaqişənin yeni mərhələyə keçməsindən xəbər verir.

Xezerxeber.az xəbər verir ki, Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo bu barədə "X" sosial şəbəkəsində yazıb.

Siyasətçi fransalıların əksəriyyətinin bu yolla eskalasiyanın artmasının əleyhinə olduğunu vurğulayıb. O, həmçinin Ukraynada müharibəni dayandırmağa və sülh əldə edilməsi yollarını axtarmağa çağırıb.

Qeyd edək ki, mayın 27-də Ukrayna ordusunun baş komandanı Oleksandr Sırski fransalı təlimatçıların ölkədəki təlim mərkəzlərinə səfərlərinə icazə verdiyini deyib və Parisin təlim keçmək üçün Ukraynaya təlimatçılar göndərmək təşəbbüsünü alqışlayıb.

Xəbər lenti

Çox oxunanlar