Türkiyənin demokratiya tarixinin qara ləkəsi adlandırılan, 1960-cı il mayın 27-də ölkədə baş verən dövlət çevrilişindən 64 il ötür.
Xezerxeber.az xəbər verir ki, bu hərbi çevriliş nəticəsində Türkiyənin ozamankı Baş naziri Adnan Menderes, xarici işlər naziri Fatih Rüştü Zorlu və maliyyə naziri Hasan Palatkan ilə birlikdə 15 nəfər edam edilib.
Ölkə tarixində dərin iz qoyan bu hadisədən otuz il sonra Türkiyə Böyük Millət Məclisi tərəfindən 1990-cı il aprelin 11-də qəbul edilən qanunla Adnan Menderes və onunla birlikdə edam edilənlərin günahsız olduqları öz təsdiqini tapıb.
Türkiyə dövlətinin başında duran bu insanlar edam edilmədən əvvəl Mərmərə dənizində yerləşən adalar qrupunun bir hissəsi olan “Yassıada”da mühakimə olunublar. 2013-cü ildə adı “Demokratiya və Azadlıqlar Adası” olaraq dəyişdirilən adada 2015-ci ildən yenidənqurma işləri başlanıb. Ada 2020-ci il mayın 27-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən rəsmi mərasimlə “Demokratiya və Azadlıqlar Adası” adı ilə yenidən açılıb.