Ukrayna Prezidenti Volodimir Zelenski mayın 27-də İspaniyaya səfər edəcək.
Xezerxeber.az xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.
“Zelenskini burada ölkənin Baş naziri Pedro Sançes qəbul edəcək”, - məlumatda deyilir.
Məlumata görə, görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, mayın 15-də Zelenskinin cəbhədəki vəziyyətlə əlaqədar İspaniya və Portuqaliyaya səfərləri ləğv edilmişdi.
Bundan əvvəl İspaniya Kiyevə yeni hərbi yardım paketinin hazırlandığını bildirib.