İrəvanın Respublika meydanında Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının baş yepiskopu, “Tavuş Vətənin uğrunda” hərəkatının lideri Baqrat Qalstanyan rəhbərliyi ilə mitinq başlayıb.
Xezerxeber.az-ın "news.am"a istinadən verdiyi xəbərə görə, mitinqdən əvvəl gənclərin İrəvan küçələrində yürüşü olub, daha sonra onlar Respublika meydanına gəliblər.
Mitinq Ermənistan Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə keçirilir.