Leysan yağışları Ermənistan ərazisində ciddi problemlər yaradıb. Ermənistanın Lori rayonunda Debed və Aqstev çaylarının məcrasından çıxması nəticəsində yüzlərlə insanın evi su altında qalıb, fərdi təsərrüfatlara milyonlarla dram məbləğində ziyan dəyib.
Xezerxeber.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində azı iki nəfər ölüb, bir neçə şəxsin axtarışları davam edir.
Xilasedicilər Ermənistanın şimalında su basmış ərazilərdən 300 nəfərdən çox insanı təxliyə ediblər.
Ermənistandan Gürcüstana gələn dövlətlərarası avtomobil yolu hər iki istiqamətdə bağlanıb. Bundan başqa, “Cənubi Qafqaz Dəmir Yolu” şirkəti dəmiryol relslərində baş verə biləcək sürüşmə ilə əlaqədar İrəvan-Tbilisi-İrəvan reyslərini təxirə salıb.
Ermənistanın baş naziri Nikol Paşinyan təbii fəlakət bölgəsinə səfər edib.