Ermənistanda xilasedicilər ölkənin şimalında su basmış ərazilərdən 232 nəfəri təxliyə edib.
Xezerxeber.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, hazırda bir ölüm faktı məlumdur. Hadisə yerində 320-dən çox xilasedicisi işləyir. Lori rayonunda güclü yağışlar nəticəsində Debed və Aqstev çayları məcrasından çıxıb.
Yüzlərlə sakinin evi su altında qalıb, Gürcüstana gedən dövlətlərarası yol da bağlanıb. Ermənistanın Baş naziri Nikol Paşinyanın fərmanı ilə vəziyyəti idarə etmək üçün operativ qərargah yaradılıb.