Aİ Şurası yeni Şengen sərhəd məcəlləsini təsdiq edib, sənəd daxili və xarici sərhədlərin idarə olunmasını, eləcə də şəxslərin sərhəd nəzarətini tənzimləyir. Yeni islahat Şengen zonasının xarici sərhədlərindəki indiki və gələcək böhranlara davamlılığının artırılmasında mühüm rol oynayacaq.
Xezerxeber.az xəbər verir ki, Aİ Şurası tərəfindən təsdiqlənmiş reqlament sayəsində “ictimai səhiyyə sahəsində irimiqyaslı fövqəladə vəziyyət halında üçüncü ölkə vətəndaşlarının Avropa İttifaqına çıxışını məhdidlaşdıran ümumavropa tədbirlərinin” qəbul edilməsinə imkan verir.
Bundan başqa, reqlamentlə “miqrantların bir üzv dövlətdən digərinə təkrar keçməsinə qarşı mübarizə aparmaq imkanı verəcək” prosedur tətbiq edilir.
Yeni məcəllə çərçivəsində Aİ-nin daxili sərhədlərində nəzarət uzağı iki il, müstəsna hallarda 2.5 il müddətinə qüvvədə qala bilər.
Aİ Şurasının qərarı Avropa İttifaqının “Rəsmi jurnalı”nda dərc edildikdən sonra qüvvəyə minir.