İsraillə son toqquşma başlayandan bəri Qəzzada mülki vətəndaşların ümumi sayı artaraq 35 min 900 nəfərə çatıb.
Xezerxeber.az-ın məlumatına görə, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.
“İsrailin oktyabrın 7-dən Qəzza zolağında davam edən təcavüzündə ölü sayı 35 903-ə, yaralılar isə 80 420-ə çatıb”, - hesabatda deyilir.
Departamentin məlumatına görə, son 24 saat ərzində 46 nəfər İsrailin zərbələrindən həyatını itirib. Daha 130 fələstinli müxtəlif dərəcələrdə yaralanıb.