Xəzər Xəbər

Səudiyyə Ərəbistanının Kralı ağciyər infeksiyasından müalicə olunur

Dünya | 13:00 • 20 May 2024
Səudiyyə Ərəbistanının Kralı ağciyər infeksiyasından müalicə olunur

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləzizin ağciyər infeksiyası diaqnozu ilə antibiotiklərlə müalicə proqramından keçdiyi bildirilir.

Rəsmi SPA agentliyi xəbər yayıb verir ki, Kralın Ciddədəki Əl-Salam sarayında tibbi müayinələrdən keçəcəyi məlumatı yayılıb. Bir aydan az müddətdə ikinci dəfədir ki, Səudiyyə Ərəbistanının hökuməti 88 yaşlı Kralın səhhəti ilə bağlı ictimaiyyətə açıqlama verir.

SPA agentliyi, həmçinin bildirib ki, mayın 19-da götürülən analizlərdə ağciyər infeksiyası aşkar edilib və həkimlər iltihabı aradan qaldırmaq məqsədilə antibiotiklərdən ibarət müalicə proqramına qərar veriblər.

Kral Salman bundan əvvəl, 2022-ci ilin may ayında olub kolonoskopiya, həmçinin 2022-ci ilin mart ayında ürək stimulyatorunun batareyasını dəyişdirmək üçün xəstəxanaya yerləşdirilib.

Xəbər lenti

Çox oxunanlar