Hazırda Ukrayna tərəfindən döyüşən 658 əcnəbi muzdluya qarşı cinayət işi qaldırılıb.
Xezerxeber.az-ın xəbərinə görə, bunu Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin adıçəkilən ölkənin nəzarətindəki Luqanskda keçirdiyi əməliyyat müşavirəsində bildirib.
Onun sözlərinə görə, muzdluların əməlləri nəticəsində ölən və yaralananların sayı 165 nəfərdir. Onların arasında 7 uşaq da var.
A. Bastırkin əlavə edib ki, Ukraynanın keçmiş müdafiə naziri Pyotr Mexed, Baş Qərargah rəisinin keçmiş müavini Viktor Bokiy barəsində də cinayət işi ayrıca icraatda araşdırılır. Komitə sədri hazırda Ukrayna tərəfdən 49 ölkəni təmsil edən 658 əcnəbi muzdlunun döyüşdüyünü bildirib.
Onun sözlərinə görə, bu şəxslərin də bir qismi barəsində həbsli axtarış elan olunub.