Birləşmiş Ştatlar İsrailə tank və minaatan mərmiləri, həmçinin dəyəri 1 milyard dollardan çox olan hərbi nəqliyyat tədarükü üçün yeni müqavilələr bağlamaq variantını araşdırır.
Xezerxeber.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) Amerika hakimiyyətinin adları açıqlanmayan nümayəndələrinə istinadla xəbər verir.
"Hazırda nəzərdən keçirilən müqavilələrə 700 milyon dollar dəyərində 120 millimetrlik tank mərmiləri, 500 milyon dollarlıq hərbi maşınlar və 100 milyon dollardan az dəyərdə 120 millimetrlik minaatan mərmiləri daxildir", - deyə WSJ bildirib.
“Bununla belə, bu ehtimal olunan tədarüklər ABŞ müttəfiqlərinin, o cümlədən İsrailin ehtiyacları üçün Konqresdə nəzərdən keçirilən təcili xərclər paketinə əlavə edilir, - deyə qəzet yazır. Eyni zamanda, İsrailin iştirakı ilə yeni müdafiə müqavilələri təklifi yeni həcmdə silahların verilməsinə qarşı çıxan bəzi amerikalı konqresmenlər tərəfindən etirazla üzləşə bilər.
Nəşrin məlumatına görə, 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra ABŞ İsrail tərəfinə minlərlə bomba, tank və artilleriya mərmiləri, dəqiq silahlar və hava hücumundan müdafiə sistemləri göndərib.