Türkiyə Xarici İşlər Nazirliyi regionda baş verən son hadisələrlə bağlı bəyanat yayıb.
Xezerxeber.az xəbər verir ki, Türkiyə XİN bəyanatında bölgə ölkələrini qarşıdurmalardan və gərginliyi daha da artırmaqdan çəkinməyə çağırıb.
Bildirilib ki, İsrail Hərbi Hava Qüvvələrinin İranın Dəməşqdəki səfirliyinin yerləşdiyi ərazini vurması ilə başlayan gərginlik daimi münaqişəyə çevrilmə riski daşıyır. Türkiyə hadisələrin gedişini yaxından izləyir və bütün tərəfləri daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.
Nazirlik hazırda beynəlxalq ictimaiyyətin diqqəti İsrail-Fələstin qarşıdurmasına və münaqişənin ən qısa zamanda başa çatdırılaraq daimi sülhün təmin edilməsinə cəmləşdirməsinin zəruriliyini vurğulayıb.