Xəzər Xəbər

Qırğızıstanda “TikTok” qadağan edilə bilər

Dünya | 09:23 • 17 Aprel 2024
Qırğızıstanda “TikTok” qadağan edilə bilər

Qırğızıstan hakimiyyəti respublikada “TikTok” sosial şəbəkəsinə girişə məhdudiyyətlər qoymağı planlaşdırır.

Xezerxeber.az-ın TASS-a istinadən məlumatına görə, Qırğızıstanın Rəqəmsal İnkişaf Nazirliyi yanında Rabitə Sənayesində Tənzimləmə və Nəzarət Xidməti ölkənin internet provayderlərinə “TikTok” sosial şəbəkəsinə girişin məhdudlaşdırılması xahişi ilə məktub göndərib.

Bildirilib ki, müvafiq təşəbbüslə ölkənin Milli Təhlükəsizlik Dövlət Komitəsi çıxış edib.

Qurum məzmun, xüsusən də uşaqların informasiya məkanında təhlükəsizliyi baxımından bu şəbəkəni uyğunsuz hesab edib. Komitə Qırğızıstan Respublikası ərazisində “TikTok” sosial şəbəkə platformasına girişi məhdudlaşdırmağı və aprelin 18-dək cavabdeh qurumlardan yazılı cavab verməyi xahiş edib.

Xatırladaq ki, respublikanın Mədəniyyət Nazirliyi ilk dəfə ötən ilin avqustunda Qırğızıstanda “TikTok”un bloklanması ideyası ilə çıxış edib. Lakin bu günə qədər məsələ ilə bağlı heç bir tədbir görülməyib.

Xəbər lenti

Çox oxunanlar