Xəzər Xəbər

Ararat Mirzoyan məhkəmədə dindirilib

Dünya | 18:09 • 11 Aprel 2024
Ararat Mirzoyan məhkəmədə dindirilib

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan döyülməsi ilə bağlı dindirilmək üçün İrəvan məhkəməsinə çağırılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan mətbuatı yayıb.

Qeyd olunur ki, məhkəmədə dindirilən A.Mirzoyan aprelin 9-da parlament iclasından sonra bir qrup şəxs tərəfindən döyüldüyünü bildirib.

Xatırladaq ki, A.Mirzoyan bundan əvvəl də döyülüb.

2020-ci ildə Ermənistanın kapitulyasiya aktına imza atmasından sonra qəzəblənən etirazçılar Ararat Mirzoyanı vəhşicəsinə döymüşdülər.

Xəbər lenti

Çox oxunanlar