“Qarabağdan olan bir qrup şəxs Ermənistanda hakimiyyəti ələ keçirmək istəyib”.
Xezerxeber.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bu gün Milli Assambleyada hökumətin 2023-cü il üçün planının yekunlarına dair hesabatın müzakirəsi zamanı deyib.
Baş nazir bildirib ki, bu planla bağlı onda məlumatlar, hətta sübutlar var.