“Rusiyanın Voronej vilayətinə pilotsuz uçuş aparatı ilə endirilən zərbə nəticəsində aviasiya texnikasının istehsalı ilə məşğul olan zavodun əsas istehsalat sahəsi sıradan çıxarılıb”.
Xezerxeber.az-ın yerli UNIAN-a istinadən xəbərinə görə, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəsmi nümayəndəsi Andrey Yusov bildirib.
O deyib ki, əldə olunan məlumata görə, müəssisənin istehsal gücünə əhəmiyyətli ziyan dəyib.