Xəzər Xəbər

Türkiyə İsrailə ixracı məhdudlaşdırıb

Dünya | 13:13 • 9 Aprel 2024
Türkiyə İsrailə ixracı məhdudlaşdırıb

Ankara bu gündən etibarən İsrailə 50-dən çox məhsul qrupunun ixracına məhdudiyyətlər tətbiq edib.

Xezerxeber.az xəbər verir ki, "Anadolu" agentliyi bu barədə Türkiyənin Ticarət Nazirliyinə istinadla məlumat yayıb.

Nazirliyin məlumatına görə, ticarət məhdudiyyətləri İsrail Qəzzada atəşkəs elan edənə və Fələstin eksklavına humanitar yardımın maneəsiz çatdırılmasına imkan verənədək qüvvədə qalacaq. Məhdudiyyətlər, əsasən armatur, polad prokat və mərmər ixracını əhatə edir.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Hücum nəticəsində 1,2 mindən çox israilli ölüb, 240 nəfər girov götürülüb. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.

Xəbər lenti