Somali prezidentinin iqamətgahı “Villa Somalia” ötən gecə minaatanlardan atəşə tutulub.
GAROWE portalı yazır ki, hadisədən sonra hərbçilər zirehli avtomobillərlə Prezident Sarayının yaxınlığında patrul xidmətinə başlayıb, Moqadişonun küçələrində əlavə keçid postları quraşdırılıb.
Xatırladaq ki, bir müddət öncə ABŞ-nin Somalidəki səfirliyi vətəndaşlarını terror hücumları təhlükəsi ilə bağlı xəbərdar edib.
Eyni zamanda, “Baidoa” portalı “Əş-Şəbab” qruplaşmasının paytaxt Moqadişo yaxınlığındakı bir neçə şəhəri ələ keçirdiyi barədə məlumat yayıb.