Hindistan 2028-ci ildə ümumi daxili məhsulun (ÜDM) artımı baxımından dünyada ilk yeri tuta və qlobal iqtisadi inkişafın əsas aparıcı ölkəsi ola bilər.
Xezerxeber.az xəbər verir ki, "Bloomberg" agentliyinin təhlilinə əsasən, Hindistanda ÜDM-in illik artımı cari onilliyin sonunadək 9 faizə çata bilər. Eyni zamanda, bu göstəricinin ən pis ssenariyə görə də 6,5 faizdən aşağı düşməyəcəyi proqnozlaşdırılır. Hətta belə olduğu halda belə, Dehli dünyanın ən böyük beş iqtisadi liderini qabaqlayacaq. Beləliklə, ölkə qlobal iqtisadi artımın aparıcı ölkəsinə çevriləcək.
Qeyd edək ki, Hindistan Ehtiyat Bankının rəhbəri Şaktikanta Das ölkə iqtisadiyyatınin 2024-2025-ci maliyyə ilində 7 faiz böyüyə biləcəyini deyib.