2024-cü ilin yanvar-fevral aylarında Ermənistanda 5477 uşaq doğulub. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 437 uşaq azdır.
Xezerxeber.az xəbər verir ki, bu barədə Ermənistan Dövlət Statistika Xidməti məlumatında bildirilib.
Məlumata görə, 2024-cü ilin yanvar-fevral aylarında Ermənistanda doğulanlar ölənlərdən 11,5 nəfər çox olub.
Hesabat dövründə ölənlərin sayı 4914 nəfər (ötən 4551 nəfər) olub.
Ölü doğulanların sayı isə 68 olub. 2023-cü ildə bu rəqəm 62 idi.