Tbilisinin Boçormı küçəsindəki güllə atıcılığı mərkəzində baş verən güclü partlayışda yaralananlardan biri xəstəxanada dünyasını dəyişib. Bununla da hadisə nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Bildirilir ki, ağır xəsarətlər almış daha üç nəfər yanıq mərkəzinə aparılıb. Həkimlərin sözlərinə görə, onlardan biri reanimasiyadadır. Ölənlərdən 1-i, xəsarət alanlardan isə 2-si Daxili İşlər Nazirliyinin əməkdaşıdır.