Ruslar Xarkovu atəşə tutmaqda davam edir, şəhərdə vəziyyət çox ağırdır. Eyni zamanda, Ukrayna hakimiyyəti Xarkovu hava zərbələrindən daha çox müdafiə etməyin yollarını axtarır.
Xezerxeber.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski əhaliyə müraciətində məlumat verib.
"Şəhərdə vəziyyət çox ağırdır, daimi rus terrorudur, indi də demək olar ki, hər gün - hava bombaları ilə. Biz Xarkovu daha çox səmanı mühafizə etmək üçün imkanlar axtarırıq və bu, həm hərbçilər, həm də Ukraynanın bütün diplomatları üçün bir vəzifədir - beynəlxalq ünsiyyətə cavabdeh olan, tərəfdaşlarla hər gün dialoqda olan hər kəs üçün”, - deyə dövlət başçısı vurğulayıb.
Xatırladaq ki, “The Economist” aprelin 7-də Xarkovdakı vəziyyətə həsr olunmuş məqalə dərc edib. “The Economist” Ukraynadakı hərbi mənbələrə istinadən yazır ki, Rusiya Xarkovu mülki yaşayış üçün yararsız adlandırılan “boz zona”ya çevirmək istəyir.