Xəzər Xəbər

"Ukrayna silahlı qüvvələri mərmi çatışmazlığı səbəbindən Rusiya qoşunlarını atəşə tuta bilmir"

Dünya | 09:30 • 8 Aprel 2024
"Ukrayna silahlı qüvvələri mərmi çatışmazlığı səbəbindən Rusiya qoşunlarını atəşə tuta bilmir"

Mərmi çatışmazlığı Ukrayna silahlı qüvvələrinin Rusiya hərbçilərini atəşə tutmasına mane olur.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.

Nəşr qeyd edib ki, ABŞ yardımının dayandırılması ilə Ukrayna artilleriya batareyaları atılan mərmilərin sayını 6 mindən 1000-ə endirib. Sursat çatışmazlığı səbəbindən bir çox hallarda Ukrayna qoşunları rus hücum qruplarını aşkar etmələrinə baxmayaraq, onları vura bilmir.

Həmçinin bildirilib ki, Ukrayna silahlı qüvvələrinin Avdiivkadan geri çəkilməsinə də sursat çatışmazlığı səbəb olub. Bundan başqa, hava hücumundan müdafiə raketləri yoxdur və döyüşdə zədələnmiş texnikanın təmirində gecikmələr var.

Xəbər lenti

Çox oxunanlar