Xəzər Xəbər

PKK-nın üzvü Suriyada saxlanılaraq Türkiyəyə gətirilib

Dünya | 18:11 • 5 Aprel 2024
PKK-nın üzvü Suriyada saxlanılaraq Türkiyəyə gətirilib

PKK/KCK-PYD/YPG terror təşkilatlarının məsul üzvlərindən biri olan İpək Dəmir Suriyada saxlanılaraq Türkiyəyə gətirilib.

Xezerxeber.az yerli mediaya istinadən xəbər verir ki, "Çavre Gever" kod adlı terrorçu Türkiyə Kəşfiyyat Təşkilatının (MİT) əməliyyatı nəticəsində ələ keçirilib.

İpək Dəmir 2010-cu ildə Hakkaridə təşkilata qatılıb. Onun təxminən 7 il Zap, Hakurk, Avaşin, Sincar bölgələrində terrorçuluq fəaliyyəti göstərdiyi və 2017-ci ildə PKK tərəfindən Suriyaya göndərildiyi müəyyən edilib.

Xəbər lenti