Türkiyə Avropada Adi Silahlı Qüvvələr haqqında müqavilədən (CFE) çıxıb.
Xezerxeber.az-ın məlumatına görə, bu barədə qərar ölkənin rəsmi qəzetində dərc olunub.
Sənəddə göstərilir ki, rəsmi Ankara aprelin 8-dən sonra sənədin heç bir müddəalarına əməl etməyəcək.
Qərar mətnində həmçinin, Rusiya bu sənəddən çıxdıqdan sonra NATO-nun həmin anlaşmanın qüvvəsini və digər dövlətlərin ona qoşulması ilə bağlı sorğuları dayandırdığı bildirilib.
Qeyd edək ki, Rusiya 1990-cı ildə imzalanan və alyansın tərkibindəki rəqib dövlətlərin sərhəd bölgələrində qoşun cəmləşdirməsini qadağan edən müqavilədən 2023-cü ildə çıxıb.