Xəzər Xəbər

İranda təhlükəsizlik qüvvələrinə hücum nəticəsində azı 20 nəfər ölüb

Dünya | 15:53 • 4 Aprel 2024
İranda təhlükəsizlik qüvvələrinə hücum nəticəsində azı 20 nəfər ölüb

İranda İnqilab Keşikçiləri Korpusunun iki bazasına hücum nəticəsində təhlükəsizlik qüvvələrinin azı beş əməkdaşı həlak olub, 10 nəfər isə yaralanıb.

Xezerxeber.az xəbər verir ki, İran Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, hadisə gecə saatlarında Sistan-Bəlucistan əyalətində baş verib.

Ölkənin təhlükəsizlik xidməti döyüşlərin gedişində hücum edən 15 silahlının öldürüldüyünü bildirib. Hücumların məsuliyyətini İranın cənub-şərqində müstəqillik uğrunda mübarizə aparan “Ceyş əl-Ədl” qruplaşması üzərinə götürüb.

Xəbər lenti

Çox oxunanlar