NATO Ukraynaya ordu göndərməyəcək.
Xezerxeber.az xəbər verir ki, bunu ABŞ-nin NATO-dakı səfiri Culianna Smit onlayn brifinqdə deyib.
“Biz ilk gündən bildirmişik ki, NATO olaraq biz Ukraynaya əsgər göndərməyəcəyik və aydın şəkildə bəyan etmişik ki, NATO bu müharibədə tərəf olmayacaq. Ancaq biz Ukraynanın özünümüdafiəsinə dəstək veririk”, - ABŞ-nin NATO-dakı səfiri bildirib.
Səfir Smit qeyd edib ki, NATO öz üzvlərinin təhlükəsizliyinin qorunması üçün vacib addımlar atıb və atır. Belə ki, Ukraynadakı müharibədən sonra qüvvələrinin hazırlığı artıb:
“Amma biz müharibənin qaçılmaz olduğu barədə siqnal vermirik. İndi Rusiya Ukraynadakı müharibə ilə məşğuldur və bizim əlimizdə hə hansı göstəricilər yoxdur ki, NATO ərazisində Rusiya müharibəsi qaçılmazdır”.