Belarus Ukrayna, həmçinin Aİ və NATO ölkələri Polşa və Litva ilə sərhəddə hərbi təlimlərə başladığını bildirib.
Xezerxeber.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin “X” sosial şəbəkəsində məlumat dərc edilib.
Məlumatda bildirilir ki, Qomel və Qrodno vilayətlərində keçirilən üçgünlük təlimlər qoşunların ərazinin müdafiəsinə hazırlanmasına yönəlib.
Təlim zamanı tətbiq edilən taktika hərbi vəziyyət elan olunduğu halda da istifadə olunacaq.
Qrodno Belarusun cənub-şərqində, Ukrayna ilə sərhəddə, Kiyevdən təxminən 280 kilometr aralıdadır. Qomel bölgəsi Belarusun qərbində - Litva-Polşa sərhədi yaxınlığında yerləşir.