Türkiyənin xarici işlər naziri Hakan Fidan və rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
Xezerxeber.az "TRT Haber"ə istinadən xəbər verir ki, iki ölkənin XİN rəhbərləri regional məsələlər barədə müzakirələr aparıblar.
Onlar, həmçinin Qara dənizdə naviqasiya təhlükəsizliyi haqda fikir mübadiləsi ediblər.