“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yalnız Ermənistanın sərhədləri daxilindəki ərazini bu ölkənin suveren ərazisi kimi tanıyır”.
Xezerxeber.az-ın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından bildirilib.
Qeyd olunub ki “məsuliyyət zonası” anlayışı son dərəcə mürəkkəbdir: "Ermənistan rəsmiləri bu məsələni gündəmə gətirməklə diqqəti konkret cavabdan daha çox ölkə daxilindəki vəziyyətə cəlb etmək istəyir. Bir daha bəyan edirik ki, 2010-cu ildəki razılaşmaya əsasən təşkilatın “məsuliyyət zonası” yalnız ona üzv olan istənilən dövlətin suveren sərhədləri ilə məhdudlaşan ərazisidir”.
Qeyd edək ki, martın 12-də keçirdiyi mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyan bu suala cavab verilməyəcəyi təqdirdə ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlüyündən imtina edəcəyini açıqlayıb.