Ukrayna Təhlükəsizlik Xidməti (UTX) rusiyalı jurnalist Marqarita Simonyanı müxtəlif cinayətlərdə ittiham edib.
Xezerxeber.az xəbər verir ki, UTX-nin yaydığı məlumata görə, erməniəsilli M.Simonyan haqqında cinayət işi açılıb.
O, Ukrayna Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə, o cümlədən Ukraynanın ərazi bütövlüyünə qəsddə, hərbi hərəkətlərin təbliğində ittiham olunur.
“Hələ 2023-cü ildə Simonyan Ukraynanın ərazi bütövlüyünə qəsd etməkdə şübhəli bilinirdi. Ukraynalıların soyqırımına çağırış edən rusiyalı təbliğatçı Marqarita Simonyanın yeni cinayətləri sənədləşdirilib. Həmin cinayətlər arasında onun 2023-cü ilin dekabrında ukraynalı uşaqların kütləvi şəkildə öldürülməsinə dair ictimai çağırışları da var. Bundan əlavə, o, Ukraynanın mülki infrastrukturuna raket və bomba hücumlarının davam etdirilməsi üçün dəfələrlə kampaniya aparıb”, - deyə UTX-nin məlumatında qeyd olunur.