Pentaqon mütəxəssisləri Ermənistanın Müdafiə Nazirliyinin əməkdaşlarına təlim keçəcək.
Xezerxeber.az-ın məlumatına görə, bunu keçirilən Ermənistan ordusunun Baş Qərargah rəisi Edvard Asryan bildirib.
O deyib ki, nazirliklə Pentaqon arasındakı razılaşmaya əsasən, təlimlərə ilkin olaraq İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin və onun tərkibində fəaliyyət göstərən “Zinuj Media” portalının əməkdaşları cəlb olunub.
Təlimlərin əsas mövzusu ictimaiyyətlə əlaqələr və kommunikasiya sahəsində təcrübə mübadiləsidir.