Rusiya "Crocus" terroru ilə əlaqədar beynəlxalq məhkəmələrə müraciət etmək niyyətindədir.
Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bildirib.
XİN sözçüsü qeyd edib ki, Rusiyanın Ukraynaya terrorla mübarizə ilə bağlı göndərdiyi notada "Crocus"da terror aktı ilə bağlı tələblər yoxdur.
Zaxarova vurğulayıb ki, "Crocus" üzərində hüquq-mühafizə işi tamamlanmalıdır və bu terror aktı ilə bağlı Ukraynaya ayrıca nota göndəriləcək.