Seçkini demokratiyamıza yaraşan yetkinliklə başa vurduq. Seçkilər demokratiyanın ən kritik nöqtəsidir. Bəzi təcrid olunmuş hadisələri nəzərə almasaq, seçki abı-havasına kölgə salacaq, təəssüf doğuran hadisələr baş vermədi. Millət sözünü, siyasətçiyə mesajını, təqdir və etirazını sandıqda ifadə edər. Bütün bunların ölkəmizdə yaşanması özü-özlüyündə böyük bir qazancdır. 31 mart bizim üçün bir dönüm nöqtəsidir. Seçkinin əsas qalibi milli iradəmiz, demokratiyamızdır. Seçkiləri qazanan, hər kəsdən əvvəl millətimiz oldu.
Xezerxeber.az-ın n məlumaına görə, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində keçirilən yerli özünüidarə orqanlarına seçkilərin nəticələri ilə bağlı açıqlamasında ifadə edib.
Rəhbərlik etdiyi ölkənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) mərkəzi qərargahından vətəndaşlara səslənən Prezident Ərdoğan azad iradəsini ifadə edən, seçkilərdə fəaliyyət göstərən hər bir vətəndaşa təşəkkürünü ifadə edib.
Seçkinin ölkəsi üçün xeyirlərə vəsilə olmasını diləyən Prezident Ərdoğan bu səsvermənin 22 illik siyasi fəaliyyəti dövründə qazanaraq gəldiyi 18-ci seçki olduğunu xatırladıb.
Prezident seçkilərindən sonra Cumhur İttifaqı olaraq bu seçkidən istənilən nəticəni əldə edə bilmədiklərini ifadə edən Ərdoğan təşviqat kampaniyası çərçivəsində son iki ay ərzində ölkəsinin 52 fərqli vilayətini ziyarət etdiyini deyib.