Ermənistan Mərkəzi Bankı Gürcüstanın “Bank of Georgia” bankının sahiblərinə “Ameriabank”ın satışı ilə bağlı ilkin razılıq verib.
Xezerxeber.az "Armenia Today"a istinadən xəbər verir ki, Mərkəzi Bank bu qərarı Şuranın martın 29-da keçirilən iclasında qəbul edilib.
Qeyd edək ki, korporativ, investisiya və pərakəndə bank xidmətləri göstərən "Ameribank"ın baş ofisi İrəvanda yerləşir. Bankın hazırda Bakıda həbsdə olan milyarder, Qarabağ separatçılarının rəhbərlərindən olmuş Ruben Vardanyanın nəzarətində olduğu bildirilir.
"Bank of Georgia" isə Gürcüstanın ən böyük kommersiya banklarından biridir və Böyük Britaniyada qeydiyyatdan keçib.