Rusiya sərhədçiləri Ermənistan-Azərbaycan sərhədində Paşinyanın xahişi ilə yerləşdirilib.
Xezerxeber.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin deyib.
Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan 2020-ci ildə Azərbaycanla sərhəddə müşahidə postlarının yerləşdirilməsini şəxsən xahiş edib.
Xatırladaq ki, ötən gün Rusiya Xarici İşlər Nazirliyi yaydığı açıqlamada Ermənistanın suverenliyinin yeganə real təminatının ölkədə Rusiya Federasiyasının 102-ci hərbi bazasının və rus sərhədçilərinin mövcudluğu olduğunu bildirib.
Rusiya XİN Ermənistan tərəfinin təhlükəsizliklə bağlı təkliflərini məntiqə zidd adlandırıb.
"Onların Ermənistandan çıxarılmasının ölkənin hərbi potensialını necəsə möhkəmləndirəcəyi təhlükəli demaqoqiyadır", - deyə Rusiya XİN bildirib.