Əlcəzairin Qızıl Aypara Cəmiyyəti Qəzza sektoruna daha 162 ton humanitar yardım göndərəcəyini açıqlayıb.
"Sinxua" agentliyi xəbər yayıb ki, yardım Əlcəzairdən Misirin Əl-Ariş hava limanına, oradan isə Rəfah keçid məntəqəsi vasitəsilə Qəzzaya daşınacaq.
Qeyd edək ki, Əlcəzairin Qızıl Aypara Cəmiyyəti həftənin əvvəlində Qəzza sektoruna 150 ton yardım göndərib.
BMT-nin Fələstinli Qaçqınlara Yardım üzrə Agentliyinin məlumatına görə, İsrail ordusunun blokadası və bombardmanları nəticəsində Qəzza sektorunda təxminən 2,35 milyon insan aclıqla üz-üzə qalıb.